LERİK, 23 dekabr. TELEQRAF

Lerik rayonunda məktəbdə yanğın baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Buzeyir kəndində yerləşən təhsil müəssisəsində qeydə alınıb.

Məlumata görə, yanğın məktəbin dam örtüyündən başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub, məktəblilər dərhal təxliyə edilib.

Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.