BAKI, 30 aprel. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 29-da ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə və 230 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.