BAKI, 30 aprel. TELEQRAF

Hindistanın Kəlkütə şəhərində oteldə baş verən yanğında azı 14 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə polisə istinadən NDTV məlumat yayıb.

Xəbərdə bildirilir: “14 nəfərin cəsədi tapılıb, bir neçə nəfər xilas edilib. Hadisəni araşdırmaq üçün xüsusi qrup yaradılıb”.

Yanğının qarşısı alınıb, hadisənin başvermə səbəbləri araşdırılır.