BAKI, 16 aprel. TELEQRAF
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Keçirilən növbəti profilaktik tədbir nəticəsində 36 yaşlı paytaxt sakini 1 tapança və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Araşdırma aparılır.