BAKI, 16 aprel. TELEQRAF

Paytaxt sakininə hədə-qorxu gələrək onun maddi vəsaitini talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Səbail rayonu ərazisində yeniyetməyə hədə-qorxu gələrək 240 manatınının ələ keçirilməsi ilə bağlı daxil olan məlumat əsasında ərazi üzrə polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyən ediblər.

Cinayəti törədən şəxs - 18 yaşlı S.Təhməzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.