TOVUZ, 17 aprel. TELEQRAF

Tovuzda bir ailənin dörd üzvünün olduğu avtomobil yoldan çıxaraq meşəlik əraziyə aşıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobilin sürücüsü idarə etməni itirib və avtomobili aşırıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

İlkin məlumata görə, hadisəyə səbəb yağışlı hava şəraiti olub.