BAKI, 17 aprel. TELEQRAF

Martın 9-da keçirilən buraxılış imtahanında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

300 bal toplayan şagirdlərdən 10-nu qız, 10-nu isə oğlandır.

Onların siyahısını təqdim edirik:

1. Səfərova Aysel Eldəniz qızı - Saatlı rayonu, Əlisultanlı kənd orta məktəbi

2. Şirinova Güllü Rəşad qızı - Laçın rayonu, Çıraqlı kənd orta məktəbi

3. Abbasova Nəzrin Seymur qızı - Gəncə şəhəri, 26 saylı məktəb-lisey kompleksi (əvvəlki 17 saylı dəmiryolu orta məktəbi)

4. Əsgərov Telman Anar oğlu - Sumqayıt şəhəri, 28 saylı orta məktəb

5. Mehdiyev Fərid Elnur oğlu - Bakı şəhəri, 313 saylı orta məktəb

6. Nadirli Tunar Emin oğlu - Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya

7. Cavadova Zəhra Süleyman qızı - Sumqayıt şəhəri "İdrak" liseyi

8. Məmmədli Zümrüd Ayaz qızı - Mingəçevir şəhəri, Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyi

9. Abbaslı Fatimə Zamin qızı - Bakı şəhəri, 263 saylı orta məktəb

10. Məmmədov Şahin İmran oğlu - Balakən rayonu, Texniki Humanitar təmayüllü lisey

11. İsmayılova Səma Firəddin qızı -Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Badamlı qəsəbə orta məktəbi - F.İ.İsmayılov adına

12. Rəhimova Xədicə Toğrul qızı - Ağsu rayonu, İlxıçı kənd orta məktəbi

13. Heydərov İbrahim Xəyal oğlu - Naxçıvan şəhəri, 11 saylı orta məktəb - C.Naxçıvanski adına

14. Ağayev Əliəkbər Xanağa oğlu - Astara rayonu, Ərçivan qəsəbə 3 saylı orta məktəb- N.Kərimov adına

15. Həsənov Nihad Elbəy oğlu - Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyi

16. Allahyarlı Fərid Zaur oğlu - Akademik Z.Əliyeva adına lisey

17. Sadıqzadə Nuray Cəlal qızı - Bakı şəhəri, 138 saylı orta məktəb

18. Qoşqarov Müzəffər Qədir oğlu - Bakı şəhəri, 204 saylı orta məktəb

19. Bağırova Aişə Faiq qızı - Bakı şəhəri, 89 saylı orta məktəb

20. Əsgər İlham Xəyyam oğlu - ERA tam orta məktəbi

Qeyd edək ki, martın 9-da keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 17-də açıqlanıb. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.