BAKI, 16 aprel. TELEQRAF

Lənkəran şəhərinin Xarxatan kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəmkir rayonunda ümumi sahəsi 300 m² olan fermanın yanar konstruksiyaları 50 m² sahədə yanıb. Fermanın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 30 m² olan vaqonun taxta üzlüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.