BAKI, 17 aprel. TELEQRAF
Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 766,7 milyon ABŞ dolları təşkil edib.
Teleqraf xəbər verir ki, bunun 85,1%-i və yaxud 62 milyard 740,2 milyon ABŞ dolları Dövlət Neft Fondunun, 14,9%-i və yaxud 11 milyard 26,5 milyon ABŞ dolları isə Mərkəzi Bankın payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 775,8 milyon ABŞ dolları və yaxud 3,9% artıb.