TOVUZ, 16 aprel. TELEQRAF

Tovuzda sel suları evi yararsız hala salıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Əsrik Cırdaxan kəndində qeydə alınıb.

İntensiv yağan yağışın yaratdığı sel suları kənd sakini Mübariz Abulovun yaşadığı evi uçurdub.

Hadisə zamanı evinin qarşısında "VAZ 2107" markalı avtomobildə olan M.Abulov maşında köməksiz vəziyyətdə qalıb. Adıçəkilən şəxsi avtomobildən ətrafda yaşayan sakinlər çıxardıb.

Qeyd edək ki, qərb bölgəsində aramsız yağışlar davam edir.