
BAKI, 17 aprel. TELEQRAF
Aprelin 16-da paytaxtın mərkəzində dayanacaqda saxlanılmış avtomobildən meyit tapılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə axşam saat 19 radələrində Z.Yusufzadə küçəsi 19-un qarşısında qeydə alınıb.
“Avto Azərbaycan” MMC-yə məxsus “KİA” markalı 77-AC-218 dövlət qeydiyyat nişanlı avtomobildən kişi meyiti tapılıb.
Ölən şəxsin Bakı şəhər sakini 1959-cu il təvəllüdlü B.Həmidov olması müəyyən edilib.
İlkin məlumata görə, sürücü avtomobildə infarct keçirərək ölüb.
Faktla bağlı araşdırma aparılır.