BAKI, 16 aprel. TELEQRAF

Qusar rayonunun Aşağı Ləgər kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 28 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.