TOVUZ, 16 aprel. TELEQRAF

Qərb bölgəsinə yağan aramsız yağışlar nəticəsində sel suları Tovuz rayonunun Məşədilər kəndində körpünü qəzalı vəziyyətə salıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, dəmir konstruksiyadan ibarət olan körpünün bir hissəsində çökmə müşahidə olunur.

Kəndin qaz xətti də körpüyə bitişikdir. Qəzalı vəziyyət daha da dərinləşsə, kənd mavi yanacaqsız qala bilər.

Məlumat üçün bildirək ki, körpüdən daha çox Məşədilər kəndinin sakinləri rayon mərkəzinə və digər kəndlərə gediş-gəliş üçün istifadə edir.