SABİRABAD, 17 aprel. TELEQRAF

Sabirabad rayonunda faciəvi hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, aprelin 16-da rayonun Qaragüney kəndinin ərazisində yerləşən “AzOil” yanacaqdoldurma məntəqəsinin müdirini elektrik cərəyanı vurub.

Belə ki, Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev müdir işlədiyi məntəqədə quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.