BAKI, 17 aprel. TELEQRAF
Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri artıb.
Teleqraf xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, 2025-ci ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5% artaraq 3,278.1 milyon manat təşkil edib.