081218.jpg)
BAKI, 8 aprel. TELEQRAF
Bakıda Dənizkənarı Milli Park ərazisində, dənizdən tapılan meyitin kimliyi məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, meyit bir neçə gün əvvəl itkin düşmüş 2003-cü il təvəllüdlü Fərid Məmmədova məxsus olduğu müəyyən edilib.
Qeyd edək ki, 22 yaşlı Fərid Məmmədov bu ilin aprelin 1-də işdən çıxıb, lakin evinə gəlməyib.
O, itkin düşmüş kimi axtarılırdı.
***
16:15
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.