SAMUX, 22 aprel. TELEQRAF

Kəlbəcər sakininə məxsus fermadan 150-dən artıq qoyun oğurlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında Samux rayonunun Qarayeri qəsəbəsində qeydə alınıb.

Təsərrüfat sahibi Kənan Vəliyev yerli büromuza bildirib ki, gecə saatlarında fermaya daxil olan şəxs və ya şəxslər onun 154 baş xırda buynuzlu heyvanını aparıblar.

Faktla bağlı Samux Rayon Polis Şöbəsinə də məlumat verilib, araşdırma aparılır.