BAKI, 22 aprel. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun inkişafı ilə bağlı növbəti addımları açıqlayıb.
Teleqraf xəbər verir ki, “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icrası ilə bağlı hesabatda qeyd olunur ki, könüllü sığortalar üçün icbari sığorta məhsullarının tamamlayıcı təminat olaraq təşviq edilməsi üzrə təkliflərin hazırlanması nəzərdə tutulur.
Bundan başqa, sərnişinlərin fərdi qəza sığortası (SFQS) məhsulunun yenidən dizayn edilməsi, sığorta agenti institutunun inkişaf etdirilməsi istiqamətində yeni konsepsiyanın hazırlanması, könüllü sığorta sinifləri üzrə şərtlərin müəyyənləşdirilməsi, daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması planlaşdırılır.
Hesbatda qeyd edilir ki, “Sığortaçılarda korporativ idarəetmə Standartları”nın tətbiqi və monitorinqi istiqamətində fəaliyyətin aparılması da planlar arasındadır.