BAKI, 21 aprel. TELEQRAF
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Azər Həsənov saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Ondan 2 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb. A.Həsənov pul müqabilində narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.
Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
