BAKI, 22 aprel. TELEQRAF
Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlarda İranın öz milli maraqlarını müdafiə etməsi vacibdir.
Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib.
“Tələsmirik, amma təxribatla da məşğul olmuruq. İnanırıq ki, qısa müddət ərzində milli maraqlar nəzərə alınacaq yaxşı sövdələşməyə nail olmaq mümkündür”, - o, mətbuat konfransı zamanı qeyd edib.
Mohacerani bildirib ki, Oman və İtaliyada İranın nüvə proqramı ətrafındakı böhranın həlli üçün ABŞ ilə danışıqların bütün raundları yaxşı və konstruktiv şəkildə keçib.