GÖYGÖL, 21 aprel. TELEQRAF
Göygöl rayonunun Yeni Qızılca yaşayış massivində dəm qazı zəhərlənməsi nəticəsində ölüm hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Elşad Əliyev ona məxsus cücə fermasında çimərkən dəm qazından boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.