BAKI, 21 aprel. TELEQRAF
ABŞ hava limanında Airbus A330 təyyarəsi yanıb.
Teleqraf xəbər verir ki, məlumatı "Fox35" telekanalı yayıb.
Hava gəmisi Atlantaya uçmağa hazırlaşırmış, lakin o, hərəkətə başlayan kimi mühərriklərdən birinin borusunda qığılcımlanma müşahidə olunub.
İki yüz nəfərdən çox adamın təxliyə olunduğu bildirilir.