BAKI, 22 aprel. TELEQRAF

Qarabağ Universiteti boş yerlərə müəllim qəbulu elan edib.

Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

2025-2026-cı tədris ili üçün vakansiyalar ali məktəbin İqtisadiyyat fakültəsinin “İqtisadiyyat”, “Biznes”, “Menecment”, “Maliyyə”, “Mühasibat”, “Statistika”, “Turizm” istiqamətləri üzrə müəllim vəzifəsini əhatə edir.

Bildirilib ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: İqtisadiyyat istiqaməti üzrə müəllim; nümunə: Maliyyə, mühasibat və statistika istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müraciətlər mayın 5-dək qəbul olunacaq.

Vakansiyalarla bu link vasitəsilə tanış olmaq mümkündür.