BAKI, 22 aprel. TELEQRAF

Azərbaycan Mərkəzi Bankı “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra faizini açıqlayıb.

Teleqraf xəbər verir ki, Mərkəzi Bankın açıqldıdğı hesabata görə, Strategiyanın ümumi icra faizi 81,8 olub.

Sahələr üzrə bu göstərici ən çox “Peşəkar inkişaf və
 maliyyə məlumatlılığı”nda qeydə alınıb: 100 faiz.

Digər sahələr üzrə göstəricilər belə olub. Sığorta sektoru 86,2 faiz, kapital bazarları 69,4 faiz,

ödəniş sektoru 88 faiz, bank sektoru 79,2 faiz, rəqəmsal maliyyədə 88,9 faiz, dayanıqlı maliyyə 76,9 faiz.

Üçillik Strategiya maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, həmçinin şәffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədləri özündə əks etdirir.