GORANBOY, 22 aprel. TELEQRAF
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Nadirkənd kəndi istiqamətindən keçən hissəsində baş verib.
"Opel" markalı avtomobil yolu keçmək istəyən 49 yaşlı Məlahət Abbasovanı vurub. Həmin yolda hərəkət edən "Hundai" markalı avtomobil isə "Opelə" çırpılıb. Xəsarət alan piyadanın vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
