YEVLAX, 22 aprel. TELEQRAF

Yevlaxda yük maşını ilə minik avtomobili toqquşub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "ATK Mercedes" markalı yük maşını "VAZ 2106" markalı minik avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan olmayıb, lakin minik avtomobili ciddi şəkildə yararsız hala düşüb.

Hazırda faktla bağlı araşdırma aparılır.