BAKI, 22 aprel. TELEQRAF
Rusiyanın Xalq artisti Aleksandr Domoqarovun qardaşı mənzil-kommunal xidmətləri ödəmədiyi üçün məhkəməyə verilib.
Teleqraf xəbər verir ki, rus saytları məhkəmə qurumlarına istinadən bu barədə məlumat yayıblar.
Qeyd edək ki, Andrey Domoqarov texniki elmlər namizədidir. Valideynləri dünyalarını dəyişəndən sonra aktyor mənzili böyük qardaşına verib.
Andrey Domoqarovun borcunun məbləği və borc müddəti barədə heç nə deyilmir.