GƏNCƏ, 21 aprel. TELEQRAF
Gəncədə xəstəxanaya aparılan 74 yaşlı qadın müalicə müəssisəsinə çatdıqdan sonra ölüb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, şəhər sakini 1951-ci il təvəllüdlü Cəvahir Səfərova yaxınlıqdakı xəstəxanalardan birinə gətirilib.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Ona kəskin diabet və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.