BAKI, 22 aprel. TELEQRAF

Zərdab rayonunda intihar hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, aprelin 21-də saat 13 radələrində 1960-cı il təvəllüdlü Pəhlivan Cavad oğlu Məmmədov yaşadığı Qoruqbağı kəndindəki evin həyətində özünü asıb.

Yaxınlarının bildirdiyinə görə, bir neçə il əvvəl P.Məmmədovun hərbi xidmətdən yeni qayıdan oğlu Kürdə boğularaq ölüb. Həmin vaxt P.Məmmədov sarsıntı yaşayıb və səhhətində problemlər yaranıb.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.