BAKI, 22 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında gömrük xətti ilə büdcə daxilolmaları 1 milyard 430 milyon 528 min manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu ötən ilinn uyğun dövrü ilə müqayisədə 2.7 faiz azdır.

2024-cü ilin yanvar-mart aylarında bu göstərici 1 milyard 469 milyon 866 min manat olmuşdu.

Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 399,349 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 964,478 milyon manat, aksizlər üzrə daxilolmalar 55,446 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 11,253 milyon manat təşkil edib.