TOVUZ, 22 aprel. TELEQRAF
Tovuz rayonunun Yoğunbulaq kənd sakini, 1966-cı il təvəllüdlü Bəsdi Vəliyeva əməliyyatdan sonra vəfat edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, iki gün əvvəl bağırsaq keçməzliyi diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən qadın əməliyyat olunub. Lakin B.Vəliyevanın epilepsiya xəstəsi olduğu barədə həkimlərə məlumat verilməyib.
Əməliyyatın ardından qadının vəziyyəti sabit olub, amma ötən gecə halı pisləşərək, epilepsiya keçirməyə başlayıb. Qadın bu səbəbdən vəfat edib.
Hazırda müvafiq qurumlar faktla bağlı araşdırma aparırlar.