TOVUZ, 22 aprel. TELEQRAF
Tovuzda yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Eyyublu kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü Mahirə Əhmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. 56 yaşlı qadının vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.