BAKI, 2 aprel. TELEQRAF

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Avropadan gətirilən məhsullara tətbiq etdiyi gömrük rüsumlarına qarşı cavab tədbirləri müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti Avropa məmurları və diplomatlara istinadən məlumat yayıb.

Məlumatlara görə, Avropa Komissiyasının ticarət üzrə rəsmiləri ənənəvi idxal rüsumlarından əlavə müxtəlif cavab tədbirləri haqqında danışıqlar aparır. Bu məsələnin müzakirəsi 27 Avropa İttifaqı ölkəsinin nümayəndələri ilə gizli şəkildə aparılır. Mümkün cavab tədbirlərindən biri, ABŞ-nin texnologiya şirkətlərinə xüsusi vergilər tətbiq etməkdir.