MİNGƏÇEVİR, 23 mart. TELEQRAF

Mingəçevirdə yaşayış binasında yanğın olub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, yanğın axşam saatlarında Heydər Əliyev prospekti 43, ünvanda yerləşən binanın birinci mərtəbəsində baş verib.

Məlumata görə, 1941-ci il təvəllüdlü Rahilə Mahyəddin qızı Osmanovanın yaşadığı evdə qaz sızması səbəbilə partlayış olub.Yanğın zamanı yataq xəstəsi R.Osmanova ölüb.

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.