BAKI, 23 mart. TELEQRAF

Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m. olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m. sahədə və şüşə-pambıqdan ibarət dam örtüyü 100 kv.m. sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib.

09:23

***

BAKI, 23 mart. TELEQRAF

Zaqatala rayonunda bir nəfərin ölümüylə nəticələnən yanğın baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Muxax kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızı yaşadığı evdə yanğın zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.