
ŞƏMKİR. 22 mart. TELEQRAF
Şəmkirdə vətəndaşa məxsus ev yanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Ələsgərli kəndində qeydə alınıb.
Kənd sakini M.Cəfərova məxsus evdə yanğın olub. Hadisə yerinə Şəmkir Yanğından Mühafizə İdarəsinin yanğın söndərənləri cəlb olunub. Edilən müdaxilə sonra yanğın söndürülüb. İlkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısa qapanmadır.
Faktla bağlı araşdırma başlanılıb.