
BAKI, 6 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin oruc tutub-tutmamasının təfərrüatlarını ictimaiyyətə açıqlamağın mənası yoxdur.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, bundan əvvəl jurnalistlər Kreml nümayəndəsinə prezidentin oruc tutub-tutmadığını soruşmuşdular, o, buna aydınlıq gətirəcəyini vəd etmişdi.
“Bir anlıq buna cavab verib-verməyəcəyimizi düşündük, amma bu, hamı üçün o qədər müqəddəsdir ki, ictimaiyyətə açıqlanmamalıdır”, - Peskov bu gün jurnalistlərə bildirib.
Pravoslavların ən uzun orucu olan Böyük oruc martın 3-də başlayıb, 50 gün davam edəcək. Orucluq aprelin 20-də Pasxa bayramı ilə başa çatacaq.