BAKI, 28 fevral. TELEQRAF

Lerikdə evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Lerik şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.