Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.