Gürcüstanın cənubunda milli parkda yanğın başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqaları cəlb edilib.

Yanğınsöndürənlər Axaldaba kəndindən 12 kilometr aralıda, Borjomi-Xaraqauli Milli Parkının ərazisində yanğını söndürməyə çalışırlar.

Hadisə yerinə Tbilisidən də yanğınsöndürmə qrupları səfərbər edilib.