“Ərənliyini, itirmiş bəzi dələduzlar abır-həya bilmədən istənilən tərbiyəsizliyi etməkdədirlər. Bunlardan biri “eloğlum” Daşqın Gülməmmədovdur”.

Bunu sosial şəbəkələrdə “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Məmmədli özünün facebook.com səhifəsində Daşqın Gülməmmədovu türkiyəli dostlarını şantaj etməkdə günahlandırıb: “Bu şəxs Türkiyədəki dostlarıma- Engin Aybirdiyə, Məhərrəm Yıldıza zəng edərək hədə gəlib, onları ajans adlandırıb, müxtəlif ünvanlara danoslar verəcəyi ilə hədələyib. Bir növ şantaj edib. Bu cür eloğlum olduğu üçün dostlarımdan üzr istəyirəm. Eyni zamanda Azərbaycan, Türkiyə Cumhuriyyəti milli təhlükəsizlik və hüquq mühafizə orqanlarını millətimizin və dəyərlərimizin nüfuzuna xələl gətirən bu cür destruktiv qüvvələrin məsuliyyətə cəlb olunması istiqamətində prinsipial mövqe nümayiş etdirməyə dəvət edirik.

Dəyərli eloğlularım, niyə bunların yerini göstərmirik? Dəyərlər yurdu olab Borçalı elinin, dəyərlərə sadiq eloğlularımın bu cür despotları el qınağına çəkəcəyinə şübhəm yoxdur. Bu sözlərim Bakıda könül bulandırmaqla məşğul olanlara da aiddir.

Bunları durdurun!”.

Cavidan