
Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1996-cı il təvəllüdlü Rzayeva Xanım Rizvan qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.