Bakıda 22 yaşlı qadın qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.