Çilidə baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 46-ya çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çili prezidenti Qabriel Boriç məlumat verib.

O bildirib ki, faciə qurbanlarının sayı arta bilər.

***

Çilidə baş verən meşə yanğınlarında 19 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karolina Toha mətbuata açıqlamasında deyib.

O bildirib ki, 43 min hektar ərazi yanaraq külə dönüb.