Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən rayon polis şöbəsinin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.
"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsə başsağlığı veririk, səbr diləyirik" - deyə nazirliyin məlumatında qeyd olunub..