Paytaxt sakininə məxsus “Chevrolet” markalı avtomobil qaçırılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunur ki, hadisə yanvarın 2-si saat 16 radələrində Nəsimi rayonu, S.Vurğun küçəsi ev 60-ın qarşısında qeydə alınıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.