Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir