Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Şağlaser kənd sakini Y.Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Zemfira Kərimovanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.