BAKI, 1 iyun. TELEQRAF
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paytaxtın müxtəlif məkanlarında bayram abu-havası hökm sürür.
Teleqraf xəbər verir ki, Bakının park və istirahət mərkəzlərində təşkil olunan tədbirlərdə uşaqlar əylənir, onlar üçün müxtəlif hədiyyələr təqdim olunur, maraqlı proqramlar təşkil edilir.
Qeyd edək ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ildə qeyd olunmağa başlayıb. Bu günün təsis edilməsində məqsəd uşaqların hüquqlarının qorunmasına diqqəti artırmaq, onların rifahı, sağlamlığı və təhsili ilə bağlı məsələləri gündəmdə saxlamaqdır. Hazırda bu tarix dünyanın bir çox ölkəsində müxtəlif tədbirlərlə qeyd olunur.
Paytaxtda təşkil olunan bayram tədbirlərindən görüntüləri təqdim edirik.
.jpg)
.jpg)
