BAKI, 30 may. TELEQRAF

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini vəzifəsində çalışan Mirvoxid Əzimov Özbəkistanın xarici işlər nazirinin müavini təyin olunub.

Teleqraf xəbər verir ki, o, yeni vəzifəsində investisiyalar, ixrac, turizm və iqtisadi diplomatiya sahələrinə rəhbərlik edəcək.

Qeyd edək ki, Mirvoxid Əzimov 2024-cü il noyabrın 6-da Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşündə üzv ölkələrin dövlət başçılarının qərarı ilə Baş katibin müavini vəzifəsinə ikinci müddətə yenidən təyin olunmuşdu. Bu vəzifəni təşkilatın İstanbuldakı qərargahında icra edirdi.